Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Qazaxıstan oyununda insident baş verib.
AZXEBER.COM-un stadionda olan əməkdaşının verdiyi məlumata görə, fanatlar oyunun əvvəlindən Güney Azərbaycana dəstək məqsədi ilə "Azərbaycan bir olsun, istəməyən kor olsun", “Azərbaycan canımdır, Urmu gölü qanımdır!, “Urmu gölü susuzdu, Azərbaycan birləşməsə uduzdu!, “Quzeyimiz oyaqdır, Güneyinə dayaqdır!, “Urmu gölü səslənir, Haray, haray susuzam!”, “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun" şüarlarını səsləndirib. Onlar bu yolla İranda fars şovinistləri tərəfindən əzilən soydaşlırımıza qarşı haqsızlıqlara etiraz ediblər.
Amma Azərbaycan polisi şüarların qarşısını alıb. Onlar fanatlara bu tipli şüarlar səsləndirməməyi əmr ediblər, azarkeşlər isə şüarları davam etdiriblər. Buna görən polislər 15-ə yaxın gənci saxlayıb, stadiondan uzaqlaşdırıb. Hazırda həmin gənclərin hada olduqları haqda məlumat yoxdur.