Respublika stadionunun direktoru: "Arenanın ot örtüyü yüksək səviyyədədir"

İDMAN
11:46 30.08.2023
184
Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlıqlar davam edir.

Bu barədə mərkəzi arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O, matça hazırlığın yaxşı getdiyini bildirib. Direktor meydanın ot örtüyünün yüksək səviyyədə olduğunu da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Lyublyanada rəqibini 2:0 hesabı ilə üstələyib. Avqustun 31-də baş tutacaq "Qarabağ" - "Olimpiya" oyunu saat 20:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR