Respublikanın aparıcı implantoloq-stomotoloqları Xaliq Hüseynova dəstək üçün bir araya gəldi - FOTO - VİDEO

Respublikanın aparıcı implantoloq-stomotoloqları Xaliq Hüseynova dəstək üçün bir araya gəldi - FOTO - VİDEO
Secki2024
14:26 04.02.2020
1595
Xaliq Hüseynovun seçki kampaniyası daha bir dəstək təbliğatının nümayişi ilə yadda qaldı.Fevralın 2-də namizədə dəstək olmaq üçün bir qrup stomotoloq-həmkarı, habelə namizədin müəllimi olmuş, respublikanın tibb üzrə aparıcı mütəxəssislərindən olan ziyalılar ilə görüş keçirildi.
 
18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputatlığa namizəd Xaliq Hüseynovun 9 fevralda Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə vəkili təyin olunmuş  "İmplantoloq" İB-nin sədri, İmplant-Dent Stomotoloji  Klinikasının təsisçisi, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov tədbiri açıq elan edib, Xaliq Hüseynovun fəaliyyətindən, peşəkarlığından və öz sahəsində uzman bir mütəxəssis olduğundan söz açıb, onun millət vəkilliyinə namizədliyini dəstəklədiyini və Xaliq doktorun millət vəkili seçildiyi təqdirdə  bütün respublika stomotoloqlarının həyatında və fəaliyyətində əhəmiyyətli rol oynayacağını qeyd etdi.
 
Daha sonra söhbətə qoşulan Azərbaycan Tibb Universitetinin Stomotologiya kafedrasının dekanı, tibb üzrə fəlsəfə doktoru Səid Əhmədov Xaliq Hüseynovun yüksək insani keyfiyyətlərini xüsusi vurğulayıb,  onun millət vəkili olmasının hər bir somotoloqun vəkil olması anlamına gəldiyini qeyd etdi.
 
Respublikanın ən aparıcı stomotoloqlarının toplandığı görüşdə  Xaliq doktoru yaxından tanıyan məsləkdaşları, onun qələbəsini təmin etmək üçün seçki ərəfəsində daha sıx səfərbər olacaqlarını, və təbliğatı gücləndirəcəklərini bildirdilər. Həkimlərdən Estetik Diş Stomotoloji Klnikasınn direktoru M.SC.Dr.Dt  Xaqani Hüseynov, Elnur Həsənli, Elşən Rüstəmov və digərləri çıxış edərək, Xaliq doktoru bir insan, bir məsləkdaş və bir həkim kimi yuksək qiymətləndirərək ona uğurlar arzuladılar.
 
Xaliq Hüseynov da öz növbəsində kolleqalarına təşəkkür edib, bu dəstəyin onun üçün əvəzsz olduğunu qeyd etdi.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR