Rəssamlar ittifaqının sədrinin oğlu itkin düşdü

Rəssamlar ittifaqının sədrinin oğlu itkin düşdü
11:30 08.06.2012
1496
İyunun 7-də Bakı şəhərinin Nizami rayon sakini itkin düşüb.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu səhər saatlarında evdən çıxıb və bir daha qayıtmayıb. Onu son olaraq, metronun “Neftçilər” stansiyası yaxınlığında görüblər. Polisdən onu da bildiriblər ki, hadisə barədə ərizə ilə müraciət edən yaxınları S.Xəlilov ruhi xəstə olduğunu qeyd ediblər.Qeyd edək ki, S.Xəlilov xalq rəssamı, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilovun oğludur.
OXŞAR XƏBƏRLƏR