Rəsul Cunayev yarımfinalda erməniylə uduzdu

Rəsul Cunayev yarımfinalda erməniylə uduzdu
İDMAN
18:30 16.08.2016
30892

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə üçüncü qələbəsini qazanıb. 

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Çunayev yenə də 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, rəqibini 3:2 hesabı ilə məğlub edib.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. 

Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. Rəsul görüşün taleyini ilk hissədə həll edib - 10:2.O, finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib və rəqibinə 1:4 hesabıyla məğlub olub.

OXŞAR XƏBƏRLƏR