Rəsul Quliyev ACP liderliyindən getdi

SİYASƏT
14:02 17.10.2013
1099

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bu statusdan imtina etdiyini təsdiqləyən çıxış edib.

AZXEBER.COM  xəbər verir ki, R.Quliyev bu barədə özünün “Facebook” səhifəsində yerləşdirdiyi videomaterialda danışıb. Həmin  materialda sosial şəbəkələrdə ona ünvanlanan bir sira sualları cavablandıran R.Quliyev ACP lideri statusunda qalmağının doğru olmadığını bildirib: “Respublikada olan mənim tərəfdarlarımın maksimum 5 faizi ACP-də cəmləşib. Yerdə qalan 95 faizi müxtəlif partiyalarda olanlar və ən çoxu heç bir partiya üzvü olmayan və olmaq istəməyənlərin arasındadır. Belə bir vəziyyətdə mənim ACP-nin lideri kimi qalmağım düzgün deyildir, əksinə belə bir qərarı gərək 10 il bundan öncə qəbul edərdim”.    R.Quliyev bu videoçıxışında da Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyalarına “daş atmadan” keçinməyib: “O ki qaldı İP-nın liderlərinə, mən onları heç 2 il bundan öncə də müxalifət hesab etmirdim”.

 

OXŞAR XƏBƏRLƏR