'Rəsul Quliyev ağlını itirib' - Hafiz Hacıyev

SİYASƏT
14:51 10.05.2013
2478
Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev mətbuata son müsahibəsində müxalifətin prezident seçkilərində heç bir şansının olmadığını bildirib. Vəziyyətdən çıxış yolu olaraq özünün vahid namizəd kimi dəstəklənməsini təklif edən eks-spikerin bununla bağlı mövqeyi cəmiyyətdə birmənalı qarşılanmır.Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Rəsul Quliyev qocalmış, yaşlanmış bir adamdır və o ağlını itirib: “Rəsul Quliyev xəyanətkar, yaşlaşıb ağlını itirmiş bir adamdır. Rəsul Quliyev artıq mövqeyi tükənmiş bir adamdır. O artıq yaşlanıb və ağlı gedibdir. Heç onun ölkədə gedən proseslərdən xəbəri yoxdur. Bir vaxtlar düşünürdü ki, ölkə rəhbərliyinə müəyyən dərəcədə yaltaqlıq edərək ölkəyə qayıtsın, amma bu cəhdləri boşa çıxdı. Onun ölkəyə qayıtması absurd bir məsələdir, hətta öləndə belə icazə verərlərsə, o özü böyük bir işdir. Düşünürəm ki, onun bütün şansları bitib. Azərbaycan xalqı onu korrupsioner, rüşvətxor kimi tanıyır. Vaxtı ilə ölkəsinin var-dövlətini aparıb başqa dövlətlərdə yerləşdirdi və indi onun geri dönüşü mümkünsüzdür”.Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR