Rəsul Quliyev: Cəmil Həsənli prezident ola bilməyəcək
SİYASƏT
12:20 06.09.2013
1360
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə bağlı yeni açıqlama verib. Modern.az-a danışan Rəsul Quliyev üzvü olduğu Milli Şuranın seçkilərdə qalib gələ bilməyəcəyini etiraf edib.Eks-spiker Cəmil Həsənlinin namizədliyini dəstəkləsə də, onun prezident ola bilməyəcəyi qənaətindədir:“Cəmil Həsənlinin prezident seçkisini udacağına inanmıram. Mən qeyd etdim ki, Cəmil Həsənlini dəstəkləyəcəyəm, demədim ki, onun udacağına inanıram. Sadəcə olaraq bəzi adamların “Rəsul Quliyev qoymadı, yoxsa Cəmil Həsənli prezident seçiləcəkdi” kimi cəfəngiyatının əvvəlcədən qarşısını almaq istəyirəm”-deyə R.Quliyev vurğulayıb.