Görkəmli şəxsiyyət Məmməd Əmin Rəsulzadənin haqda lentə alınan "Ən səmimi sevgi ilə” filmi bu dəfə Eskişehirdə nümayiş etdiriləcək.
AZXEBER.COM xəbər verir ki, ekran işi Vaşinqton, İzmir, Amsterdam və Ankaradadan sonra 27 mayda Anadolu Universitetində göstəriləcək.
Sözügedən sənədli film Məhəmməd Əmin Rəsulzadənin həyat-fəaliyyətindən bəhs edir. İlk dəfə Azərbaycanda geniş kütləyə təqdim olunan ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.
Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur.
Layihənin müəllifi Aztv-də yayımlanan "Yüz ilin sirləri” verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.
Xatırladaq ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.
Aysel