Ürəyi qüsurlu qızın pensiyası niyə kəsildi? - AÇIQLAMA - VİDEO

Ürəyi qüsurlu qızın pensiyası niyə kəsildi? - AÇIQLAMA - VİDEO
SOSİAL
23:45 15.02.2022
408
Ürək qüsur olan 12 yaşlı qıza pensiya təyin olunub. Lakin əlilliyin yenidən təyinatı üçün müraciət etdikdən sonra,  növbəti pensiya verilişi təsdiqlənən vaxta qədər  yəni ,  4 ay ərzində ona  pensiyası ödənişi  dayandırılıb. Ağcabədi sakini olan qızcığazın valideynləri həmin müddətə görə də pensiyanın ödənilməsini tələb edirlər. Çünki, maddi durumu o qədər də yaxşı olmayan ailə övladlarının dərmanlarını məhz həmin pulla təmin edirlər. Əməkdaşlarımız məsələni aidiyyatı qurumla da araşdırıb.

AZXEBER.COM "Ölkə.az"a istinadən xəbər verir ki, Ağcabədi rayonunda məskunlaşan Laçın rayon sakini əlilliyi üçün almadığı bir neçə aylıq pensiyanı tələb edir.

12 yaşlı Aynişanın atası Zamin Hüseynovun sözlərinə görə, onun 12 yaşlı qızı uzun illərdir ki, ürək qüsurludur. Azyaşlı uşaq 2016-cı ildə Heydər Əliyev fondunun dəstəyi ilə əməliyyat olunaraq ürəyinə aparat qoyulub. Bu səbəbdəndə övaldı uzun illərdir ki,  150 manat əlillik  pensiyası alır. 2020-ci ilin sentyabrında təkrar müayinədən keçmək üçün həkim yoxlanışında olublar. Həmin vaxtı uşağa verilən pensiya dayandırılıb. 4 aydan sonra həkim komissiyasının qərarı ilə yenidən pensiya təyin edilib. Ancaq komissiyasının baxış müddətində olan bir neçə ay üçün pensiya ödənişi edilmir. 

Vətəndaş bununla bağlı adiyyatı dövlət orqanlarına da müraciət edib. Ancaq heç bir nəticə olmadığını deyir. Anası bildir ki, aldıq pulu ürək qüsurlu Aynişanın müalicəsi üçün dava dərmana xərcləyirlər. 4 ay  üçün alacaqları 600 manat pul ailə üçün çox vacibdir.

Məsələylə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən, şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilirsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşir. Həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial ödənişlər verilir. Hüseyinova Aynişan Zamin qızına təkrar sağlamlıq imkanları məhdudluq arayışı həmin qanun qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə  təyin edilib. Ona görə də qeyd edilən qanun ona şamil olunmur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'