Ürəyi sıxıldı Ginnes Rekordlar Kitabına düşdü - FOTO

Ürəyi sıxıldı Ginnes Rekordlar Kitabına düşdü - FOTO
SOSİAL
12:34 13.09.2016
4234

İsveçli Claes Blixt dünyanın ən böyük kart kağızlarını hazırlayaraq rekord qırıb.

AZXEBER.COM xəbər verir ki, daha əvvəl dünyanın ən böyük bıçağını hazırlasa da Ginnesə düşə bilməyən Blixtin, bu dəfə istəyinə nail olub.

Onun dünyanın ən böyük kartlarını hazırlaması 9 ay çəkib. Claes Blixt “insan oturub ürəyi sıxılanda nəsə etməyi düşünür. O zaman da gərək Ginnesi yaxşı izləyəsən”deyib.

Rekordlar kitabına düşən 207 kilo ağırlığındakı kartları daşımaq üçün yük maşınına ehtiyac olub. Hər bir kartın uzunluğu 154.4 sm, eni isə 104.4 sm-dir.

Qızılgül

OXŞAR XƏBƏRLƏR