"Ürəyim bütün zəvvarlar kimi orada qaldı" - Aparıcı Məkkə ziyarətindən yazdı

"Ürəyim bütün zəvvarlar kimi orada qaldı" - Aparıcı Məkkə ziyarətindən yazdı
MAQAZİN
14:35 23.04.2026
273
Sevilən aparıcı Nigar Mahmudova Məkkədən paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, bir müddətdir müqəddəs torpaqlarda olan aparıcı orada yaşadığı hissləri izləyiciləri ilə bölüşüb.
 
O, Məkkədən geri dönəcəyi üçün təəssüfləndiyini bildirib:
 
"Axşamlar qrup üzvləri ilə yığışıb Kəbənin qarşısında otururduq. Namazları qılırdıq, dualar oxuyurduq, bəzən sadəcə otururduq. Elə bil məhlədəyik, yaydır, amma Kəbəyə baxırdıq. Möcüzə idi.

O qədər gözəl idi. Elə olurdu tək gedirdim, amma gedib qrup üzvlərini tapırdım orada. Çünki adətən Kəbənin əsas qapısı olan Abdulaziz qapısının qarşısında otururdu bizimkilər. Kəbəyə baxaraq namaz qılmağın verdiyi xoşbəxtliyi, hüzuru sözlərlə ifadə edə bilmirəm. Kim edə bilirsə mənə kömək etsin onu yaşamayanlara izah etməyə".
 
Aparıcı Məkkədən ayrılarkən yaşadığı hissləri dilə gətirib:

"Ayrılmaq asan deyildi. Axşam təxmini saat 8 üçün getdim namaza. Bir az oturdum, sonra Kəbənin başına dolandim, sonra bir az gəzib sütunlara filan baxdım, çəhrayı sütunu tapdım. Saat 11-də avtobus çıxacaqdı, baqajımı yığmamışdım, anam zəng edirdi, mən isə ayrıla bilmirdim. Ürəyim bütün zəvvarlar kimi orada qaldı. Gedənlər hamısı eyni hissləri yaşayır, yenidən qayıdacağı günü gözləyir. Yenidən Ləbbeyk deyəcəyim günü gözləyirəm".
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"