"Həkimlər dünən axşam saat 21:00-22:00 radələrində İlhamə xanımı süni nəfəs aparatından ayırdılar. O ayılıb və vəziyyəti normaldır. Axşam saat 23:00-da oğlu Orxan və mən yanında idik. O, özünü yaxşı hiss etdiyini dedi. Bizə yatıb dincəlməyimizi məsləhət gördü. Bu gün də reanimasiyada qalacaq. Sabahdan isə artıq palataya köçürüləcək", - deyə Lamiyə Ələkbərova bildirib.