“Çörəyinizi əlinizdən almışam?” - Parisə gedən Pərvin

“Çörəyinizi əlinizdən almışam?” - Parisə gedən Pərvin
MAQAZİN
16:49 16.08.2019
3912
Aktrisa Pərvin Abıyeva Parisə istirahətə yollanıb.

AZXEBER.COM xəbər verir ki, tətil fotolarını sosial şəbəkə hesabında paylaşan aktrisaya izləyicilərdən biri "Sonradan görənlər silsiləsindən şəkillər dayanmır zalımın qızında” rəyini yazıb.

Bu rəyə görə özündən çıxan Pərvin izləyicisinə belə cavab verib:

"Maraqlıdır ki, bu aqresiya sizdə haradandır? Sizə pul atıb gəzirəm, ya yerinizdə gəzirəm? Çörəyinizi əlinizdən alıram ya nəsə pislik etmişəm? Niyə içinizdə sevgi yerinə kin bəsləyirsiniz? Mən dünyanın çox yerini gəzmişəm, əzizim, sonradan görən dünyanı gəzmir. İçinizə sevgi toxumları əkin, bu rəyi yazmağa sizə milyonlar vermirlər”.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR