"Rəylərdə məni təhqir edirlərsə, o təhqirlər Elməddinin özünə də yazılır" - Fərda

MAQAZİN
19:37 07.02.2025
144
"Bu həyata ikinci dəfə gəlməyəcəyəm ki... Yenidən Elməddin Cəfərovla, Müşfiq Şahverdiyevlə çalışa bilərəm. Onlar mənim qardaşlarımdır. Allah bizim hekayəmizi birlikdə yazıb. Biz eyni dövrün aktyorlarıyıq. Biz eyni zamanda çalışmağa başlamışıq. Heç zaman da problemlərimiz olmayıb”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri aktyor Fərda Amin ötən gün qonaq olduğu "Tarixin bir günü” verilişində deyib.

Fərda həmkarı Elməddin Cəfərovun verilişlərin birində "Fərda dedi ki, Elməddin torbamı tikib” sözlərinə bu cür münasibət bildirib:

"Bu gün Elməddinin arxamca danışmağı və onun mənə yönləndirdiyi aqressiv tamaşaçılar... Elməddin hələ mənimlə üz-üzə oturub danışmayıb. Amma Allah şahiddir ki, mən həm Elməddinə, həm də Müşfiqə zəng etmişəm. Orada məndən inciyən layihə rəhbəri İslam dostumuza da zəng vurmuşam. Amma onlar mənim zəngimə cavab verməyiblər. Gözləmişəm ki, zaman gələcək, oturub öz aramızda bu məsələni danışacağıq. Tamaşaçıya maraqlı deyil sənin aranda hansı söhbətlər baş verib.
 
Tamaşaçı əlbəttə bizi bir yerdə görmək istəyir. Bu gün Elməddin bir şeylər danışırsa və tamaşaçını mənim əleyhimə yönləndirirsə, sonra onlar sosial şəbəkədə məni təhqir edirlərsə, o təhqirlər Elməddinin özünə də yazılır. Elməddin mənim özümdür. O mənim ailəmin içidir. Mən də onun ailəsinin içiyəm. Həyat o qədər balacadır. Bir-birinizdə muğayat olun. Öz filminizdə belə şərəflə oynayın. Bu həyatdır. Biz bu gün bir yerdə sabah isə bir yerdə olmaya da bilərik. Gərək ki, elə bir yerdə işləyək ki, qardaş olaq?”

OXŞAR XƏBƏRLƏR