Riannanın Bakıdakı konserti təxirə salına bilər

MAQAZİN
12:15 08.09.2012
2372
Buna səbəb “Neftçi”nin Avroliqadakı ev oyunlarını mərkəzi arenada keçirmək istəyidir
Azərbaycan çempionu “Neftçi”nin UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması tanınmış müğənni Riannanın Bakıda baş tutacaq konsert proqramını təxirə sala bilər. Azerisport.az xəbər verir ki, o, Tofiq Bəhramov adına Respublika stadionunda konsert proqramı ilə çıxış etməyi planlaşdırır.Lakin “Neftçi” də Avroliqadakı ev oyunlarını mərkəzi arenada keçirməyə qərar verib. Hansı ki, bu üzdən hətta Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığmalar arasındakı dünya çempionatının bir oyunu da 8-ci km-dəki yeni arenaya keçirilib. Elə Riannanın konserti də oxşar səbəblərdən baş tutmamaq təhlükəsiylə üz-üzədi.

OXŞAR XƏBƏRLƏR