Rıdvan Dilməndən şok sözlər: "Mən "Fənərbaxça"nın Superliqada oynamasını istəmirəm"
İDMAN
14:59 25.08.2011
1717
Türkiyənin məşhur futbol şərhçisi Rıdvan Dilmən şok qərarı ilə diqqət mərkəzinə düşüb.AZXEBER.COM-un məlumatına görə, o, “ Fənərbaxça” nın ÇL- dan kənarlaşdırılmasından sonra şərhçiliyə son verdiyini açıqlayıb: “ Bu dəqiqələrdən sonra şərhçiliyə son qoyuram. Mən “Fənərbaxça”-nın günahkar olub- olmaması haqqında bir şey demirəm. Əgər “Beşiktaş” və “Trabzonspor” la da bağlı problem çıxarsa, UEFA Türkiyəyə cəza verməyəcək ki? Aydınlar ÇL- nın önəmli olduğunu deyir ancaq Superliqa da çox önəmlidir. Mən UEFA nın bu qərarına inanmıram. Bundan yararlanmaq istəyən 4-5 komanda var. Nəyə görə “ Fənərbaxça”- a qarşı ayrıseçkilik edirlər. Mən bu komandanın Superliqada oynamasını istəmirəm.”