Rihanna ''Bakı Kristal Zalı''nda möhtəşəm konsert proqramı ilə çıxış etdi - FOTOLAR

Rihanna
MAQAZİN
03:19 07.10.2012
4111
Oktyabrın 6-da dünya şöhrətli müğənni, R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki “Qremmi” mükafatının sahibi Rihanna Bakıda konsert proqramı ilə çıxış edib.AZXEBER.COM-un məlumatına görə, “Bakı Kristal Zalı”nda təşkil olunan konsert anşlaqla keçib.Konsert proqramında səhnəyə ilk olaraq Azərbaycanda ilk Video Blogger adını daşıyan, istedalı müğənni Gültəkin Qaradağlı çıxıb. YouTube-də şəxsi kanalı ilə xarici və yerli mahnıların coverlərini gitara ilə ifa edən Gültəkin,səhnədə bir çox məşhurların repertuarından mahnılar oxuyub.Zalda böyük bir coşğu yaradan həmyerlimizdən sonra səhnəyə rəqs qrupu çıxıb. Bir neçə rəqs nömrəsindən sonra «DJ Magnum»-un 15 dəqiqəlik çıxışı olub.Onun ardınca səhnəyə “Natiq” ritm qrupu öz musiqi nömrəsi ilə çıxıb. Qrupun ifasında “Bayatı-Şiraz”, “Sarı gəlin” və milli musiqilərimizdən başqa nümunələr ifa olunub.Tamaşaçıların səbrizlikə gözlədiyi an isə saat 22:50-də yetişdi. Dünya şöhrətli müğənni Rİhanna səhnədə göründü. “Bakı, mən səni sevirəm” deyərək tamaşaçılara müraciət edən müğənni qonaqlara təşəkkür etdi: “Sağol, Bakı. Mən indi inanıram buradayam. Həm də inanıram ki, bizim bir daha da görüşmək imkanımız olacaq”.Amerikalı müğənni konsertinə gələn qonaqların coşğusundan razı qaldığını da deyib: “Sizin enerjili olmağınız mənim çox xoşuma gəldi”.Daha sonra müğənni fanatları ilə birgə özünün hit mahnılarını səsləndirib. Xüsusi işıq effektləri ilə işıqlandırılmış səhnədə çıxış edən Rihanna sonda səhnəyə enərək, fanatları ilə əlbəəl görüşüb.23 yaşlı amerikalı müğənninin çıxışı bir saat boyunca davam edib.Qeyd edək ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə gerçəkləşib.Dünya şöhrətli ulduzun şousu yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçirilib.
Ozal İbrahimli
Foto: Səid Namazov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
19:12 15.05.2025
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapıldı
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
18:59 15.05.2025
Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
18:43 15.05.2025
Avropa çempionu antidopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
18:31 15.05.2025
Karlo Ançelotti üç məşhur braziliyalı futbolçunun millidəki taleyi ilə bağlı qərar verib
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
18:20 15.05.2025
London ICAO-nun Rusiya ilə bağlı qərarını "tarixi" hesab edir
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
18:09 15.05.2025
Tramp: Qətər "Əl-Udeyd" aviabazasına 10 milyard dollar ayıracaq
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
17:59 15.05.2025
Tanınmış fotoqraf Valeh Arifoğlu fəxri üzvü seçildi
Lavrov: Zelenski yazıq adamdır
17:57 15.05.2025
Lavrov: Zelenski yazıq adamdır
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
17:49 15.05.2025
SOCAR-da yeni təyinat: Vasif Əmirova yüksək vəzifə verildi
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
17:30 15.05.2025
İstanbulda danışıqların başlama vaxtı hələ bəlli deyil
Konyada 5,2 maqnitudalı zəlzələ olub
17:27 15.05.2025
Konyada 5,2 maqnitudalı zəlzələ olub
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
17:08 15.05.2025
“AXC-nin qurulmasında iştirak etmiş böyük şəxsiyyətlərimizin ruhu şaddır” - Gülər Mübariz yazır
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
16:59 15.05.2025
Müğənni Nigar Rəhimovanın "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilməsinin TƏFƏRRÜATI
Qəzzada ölənlərin sayı 53 mini keçdi
16:54 15.05.2025
Qəzzada ölənlərin sayı 53 mini keçdi
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
16:44 15.05.2025
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başladı
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16:43 15.05.2025
Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil