Amerikalı müğənni, eyni zamanda moda sahəsində öz qabiliyyəti ilə seçilən Rihanna növbəti geyim kolleksiyasını təqdim etməyə hazırlaşır. Onun növbəti kolleksiyası İngiltərənin paytaxtı Londonda keçirilən moda həftəsində nümayiş olunacaq.Rihannanın sözlərinə görə, fevralın 16-sına planlaşdırılan şou onun həyata keçirmək istədiyi ən böyük arzulardan biridir. “Arzularımın gerçək olacağı fikri məni cuşa gətirir. Mən böyük səbrsizliklə fanatlarımın reaksiyasını gözləyəcəm” .