Rihanna gecəyarı teleaparıcı ilə yataqda – VİDEO

MAQAZİN
01:24 03.04.2015
6530

Amerikalı müğənni Rihanna teleaparıcı Cimmi Kimmelin şousunun qonağı olub. Veriliş boyu aparıcının suallarını cavablandıran müğənni demə, veriliş efirə getməzdən əvvəl aparıcının yatağına giribmiş. Bu haqda Cimmi özü şousunda danışıb və Rihanna ilə gecə əyləncəsinin videogörüntülərini təqdim edib.

Məlum olub ki, verilişin çəkiliş heyəti aparıcıdan xəbərsiz gecə saat 1-də o yatarkən evinə musiqiçiləri ilə gələrək onun yataq otağına daxil olub. Müğənni yüksək səslə “Bitch better have m Money” mahnsını səsləndirərək yatmış teleaparıcının başına pul səpələyib. Yuxudan şok içində ayılan Cimmi nə baş verdiyini ilk öncə anlaya bilməyib. Sonra isə bunun bir çəkiliş olduğunu dərk edib.

Çəkilişin sonunda Rihanna aparıcıya “Mən bilirəm, sizməniöldürəcəksiz” sözlərini deyib. Aparıcı isə “sonra görüşəcəyik” - deyə cavab verib.

Verilişdə isə aparıcı olanları belə şərh edib:“Siztez-tez mənim yuxularıma girirsən. Ona görə də ilk olaraq nə baş verdiyini anlamadım”.//publika.az

OXŞAR XƏBƏRLƏR