Barbados gözəli, dünya şöhrətli müğənni Rihannanın gələn il məşhur "Qlastonberi" festivalında çıxış edəcək növbəti ulduz olacağı gözlənilir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu böyük musiqi festivalının təşkilatçıları Rihannanın gələn ilin əsas qonağı olmasını arzulayırlar və bunun üçün görüşmələrə başlanılıb.
Rihannanın təklifə müsbət yanaşdığı çıxan xəbərlər arasındadır.
Xatırladaq ki, bu ilin yayında keçirilən "Qlastonberi” festivalının baş qəhramanı dünya şöhrətli alban müğənni Dua Lipa olub.
Aysel