“Təbii, belə nikahların leqal olduğu müxtəlif ölkələrdən birinə gedərək orada ailə həyatı qura bilərdim. Amma istəmirəm. Axı Britaniya, İspaniya və ya Argentina vətəndaşlarımızdan nəyimiz əskikdir?! Yalnız “mavi” olduğum üçün vətənimdə ikinci dərəcəli insan sayılmaq istəmirəm”, – Riki Martin söyləyib.
O, övladlığa götürdüyü əkizlər Matteo və Valentinonu da özü kimi tərbiyə edəcəyini bildirib: “Onlar soruşacaqlar ki, anaları haradadır. Mən də deyəcəyəm ki, dünyada bütün ailələrdə ata və ana olmur: bəzi ailələrdə iki ata olur. Məncə, bu, müasir ailənin gözəlliyidir”.
Xatırladaq ki, Puerto-Rikoda Riki Martinin “mavi”liyi yerli əhali arasında ikrahla qarşılanır.
Milli.az