Rio-2016: Azərbaycan 3-cü medalını təmin etdi

Rio-2016: Azərbaycan 3-cü medalını təmin etdi
İDMAN
22:58 15.08.2016
3949

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında növbəti görüşlər keçirilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan yığmasının üzvü Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxıb.

75 kiloqram çəkidə mübarizə aparan təmsilçimizin qazaxıstanlı Janıbek Alimxanulıya qalib gələrək yarımfinal mərhələsinə adlayıb.

Bununla da, Azərbaycan boksçusu ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Kamran Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalı Arlen Lopes olacaq.

OXŞAR XƏBƏRLƏR