Rio 2016: Mariya Stadnik yarımfinalda

Rio 2016: Mariya Stadnik yarımfinalda
İDMAN
19:23 17.08.2016
2643

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub

Öncə yığmamızın əsas medal ümidləri – Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.

48 kqMübarizəyə 1/8 final mərhələsindən başlayan Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib. O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

58 kq

Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verib. Ukraynalı Oksana Herhel qarşılaşan London Olimpiya Oyunlarının bürünc medalçısı çətinliklə də olsa mərhələ adlayıb. Belə ki, 3:0 hesabı ilə öndə olan güləşçimiz ardınca üstünlüyü əldən verib - 3:5. Lakin son saniyələrdə özünə gələn Ratkeviç 7:5 hesabı ilə qələbə qazanıb.

İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayacaq. Görüş saat 18:58-də start götürəcək.

OXŞAR XƏBƏRLƏR