Rio-da ilk bürüncümüzü qazandıq: Sabah Şəriəti 3-cü oldu

Rio-da ilk bürüncümüzü qazandıq: Sabah Şəriəti 3-cü oldu
İDMAN
02:28 16.08.2016
2782

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarının ikinci günündə ilk medalımızı qazandıq. 

Yunan-Roma güləşçiləri 130 kq çəki dərəcələrində çempionu müəyyənləşdirəcəklər.

Yunan-Roma güləşi

130 kq

Sabah Şəriəti Rioda 1/8 finalda debüt edib. Avropa Oyunları gümüş mükafatçısının ilk rəqibi amerikalı David Smit olub. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, ilk hissədə 0:2 hesabı ilə geridə olsa da, ikinci hissədə özünə gəlməyi bacarıb. Nəticədə 8:2 hesabı ilə qalib gələn Şəriəti 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi türkiyəli Rıza Kayaalp olub. Güclü Kayaalp qarşısında heç nə edə bilməyən Şəriəti 0:5 hesablı məğlubiyyətə düçar olub. Buna baxmayaraq, idmançımız medal şansını itirməyib. Belə ki, türkiyəli güləşçi finala adladığıüçünŞəriəti bürünc medal üçün təsəlliverici görüşlərə qatılıb.

O, təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparıb. Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. Mükafatçılar sırasına düşmək üçün onun son rəqibi almaniyalı Eduard Popp olub. Hesab2:0Sabahın xeyrinə davam edərkənrəqibinin kürəyini yer sıxmağı bacaran iranlı legioner tam qalib gəlib və güləş yığmamıza ilk medalı qazandırıb.

OXŞAR XƏBƏRLƏR