"Tottenhem”in futbolçusu Rişarlison yayda klubunu dəyişə bilər.
Braziliyalı hücumçu "Real”la "İnter”in maraq dairəsinə düşüb.
Hər iki klub bu keçidi yayda reallaşdırmaq istəyir. Braziliyalı Premyer Liqanın cari mövsümündə 24 oyun keçirib. Onun hesabında 1 qol və 3 asssit var.
Qeyd edək ki, Rişarlison 2022-ci ilin yayında "Everton”dan "Tottenhem”ə keçib.