Rişi Sunak: "Biz Rusiyanın müharibə iqtisadiyyatına zərbə vurmaqda daha cəsarətli olmalıyıq"

Rişi Sunak: "Biz Rusiyanın müharibə iqtisadiyyatına zərbə vurmaqda daha cəsarətli olmalıyıq"
DÜNYA
11:34 26.02.2024
133
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Moskvaya qarşı əlavə addımlar atmalı olduqlarını deyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib ki, Ukraynanın qərbli himayədarları Kiyevə kömək etmək üçün xaricdə dondurulmuş Rusiyanın aktivlərini ələ keçirmək səylərini artırmalıdır.

Ukrayna müharibəsinin başlanmasının ikinci ildönümü ilə əlaqədar "Sunday Times” üçün yazdığı məqalədə Sunak Rusiyanın "qlobal təhlükəsizliyə ən böyük təhdid olaraq qaldığı" barədə xəbərdarlıq edib.

Kollektiv sanksiyaların Rusiyanı müharibə səylərindən 400 milyard dollar məhrum etdiyini bildirən Sunak deyib:

"Biz dondurulmuş yüz milyardlarla Rusiya aktivini ələ keçirməkdə daha cəsarətli olmalıyıq".

Gülay
OXŞAR XƏBƏRLƏR