“Risk gözləmirik” - Samir Şərifov

“Risk gözləmirik” - Samir Şərifov
TOP4
12:58 11.04.2018
3453
"Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən kifayət qədər ətraflı məlumat verilib.

S.Şərifov may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə məsələyə də aydınlıq gətirib .
 
"Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxılmasına imkan verir. Amma may ayında dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı indidən konkret fikir söyləmək tezdir", - deyə S.Şərifov vurğulayıb.  

OXŞAR XƏBƏRLƏR