“Riskə girib, Suriyada təhlükəli ərazilərə Azərbaycan tərəfindən yardım heyətinin göndərilməsinə ehtiyac yoxdur…”

“Riskə girib, Suriyada təhlükəli ərazilərə Azərbaycan tərəfindən yardım heyətinin göndərilməsinə ehtiyac yoxdur…”
SİYASƏT
14:27 12.02.2023
423
Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb, 3 min nəfər isə yaralanıb. On ildən çox davam edən müharibə nəticəsində parçalanan Suriya təbii fəlakətin də qurbanı oldu. Zəlzələdən ən çox zərər çəkən bölgələrdən biri isə Türkiyə ilə sərhəddə yerləşən, şimalda müxalifətin nəzarətində olan son anklav İdlibdir. Suriyanın bu bölgəsində onsuz da səfalət içində yaşayan, şaxtalı qışda köhnəlmiş müvəqqəti sığınacaqlarda daldalanan, təxminən, 4 milyon insanın indi daha çox yardıma ehtiyacı var. Burada dağıntılar altında qalanları əliyalın əhali xilas etməyə çalışır. Dağıntılar altından çıxarılan cəsədləri toplamaq üçün torba belə çatışmır, kütləvi məzarlıqlar qazılır. Suriyadan yayılan ürəkağrıdıcı görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb oldu. Bu ölkəyə yardım üçün Azərbaycandan da çağırışlar edildi. Bildirilir ki, Suriyada zəlzələdən zərər çəkənənlərin ən az Türkiyə qədər dəstəyə ehtiyacı var, Azərbaycan hökumətinin Suriyaya da mümkün qədər yardım göndərməsi tövsiyə olunur.

Milli Məclisin deputatı Naqif Həmzəyev səslənən fikirlərlə bağlı münasibətini bildirib.

Deputat deyib ki, Suriyaya digər dövlətlərdən kifayət qədər yardım göndərilir, göndərilməyə davam edəcək: "Bu baxımdan, riskə girib, o təhlükəli ərazilərə Azərbaycan tərəfindən yardım heyətinin göndərilməsinə ehtiyac yoxdur. Çünki bu gün bizim hədəfimiz və məqsədimiz türk qardaşlarımızın fəlakətdən az itki ilə çıxmasına yardım göstərməkdir. Bizim gücümüz elə Türkiyədəki ağrını-acını azaltmağa ancaq yetəcək. Ona görə də bu fikirlərlə çıxış etməyin heç bir əsası yoxdur. Türkiyə də hazırda Suriyaya yardım məqsədilə öz heyətini göndərə bilmir. Gücümüz Türkiyə ilə bölüşdürülməlidir. Necə ki Azərbaycan dövləti, xalqı bunu nümayiş etdirir. Sonuna qədər də Azərbaycanın göndərdiyi heyət xilasetmə əməliyyatlarında iştirak edəcək. Həkimlərimiz yaralıların sağalmasında, əməliyyat olunmasında aktivlik nümayiş etdirəcək. Paralel olaraq Bakıdan yardımlar sonadək göndəriləcək. Yəni hədəfimiz Türkiyənin yanında olmaqdır. Türkiyə bizim öz vətənimizdir. Orada baş vermiş təbii fəlakəti də öz başımıza gəlmiş təbii fəlakət kimi dəyərləndiririk. Bütün gücümüzü səfərbər etməli, qardaş ölkəyə dəstəyimizi davam etdirməliyik”.

N.Həmzəyev bildirib ki, təbii fəlakətlə əlaqədar ilk andan etibarən Türkiyəyə Azərbaycan dövləti tərəfindən böyük xilasedici heyət göndərilib:

"Bunun ardından hərbi-tibbi personal yardım üçün yola salındı. Hazırda müxtəlif yardım TIR-ları göndərilir, yardım kampaniyası davam edir. Heç kimə sirr deyil ki, Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsini aşıb. Bu qardaşlıq münasibətində Türkiyədə baş vermiş faciəni Azərbaycan xalqı, dövləti öz ərazisində baş veribmiş kimi qəbul edir”.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı