RMİD milli mətbuat gününü qeyd edib - FOTOLAR

RMİD milli mətbuat gününü qeyd edib - FOTOLAR
SOSİAL
21:41 17.07.2024
236
Reklam və marketinq sahəsinin inkişafına dəstək İctimai Birliyi (RMİD) 22 iyul – Milli Mətbuat günü ilə bağlı tədbir təşkil edib.

AZXEBER.COM xəbər verir ki, səhər yeməyi masası ətrafında düzənlənən görüşə uzun illər media qurumlarında fəaliyyət göstərən  jurnalistlər qatılıb.  Tədbirdə çıxış edən RMİD sədri və İdarə Heyətinin üzvləri Azərbaycan milli mətbuat ənənələrinin yaşamasında yorulmadan çalışan KİV nümayəndələrini təbrik edib.

Qeyd olunub ki,  149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına  davam etdirən qələm sahiblərinin xalqımızın müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır. 

"Mətbuat cəmiyyətin güzgüsüdür" deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə , gənc jurnalistlərə bu çətin peşənin yükünü şərəflə daşımağı, dövlətimizə, xalqımıza faydalı olmağı arzulayıblar.  Sonra tədbirdə iştirak edən jurnalistlərə hədiyyələr təqdim edilib.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR