Robert Eyyubova vəzifə verildi

Robert Eyyubova vəzifə verildi
SOSİAL
22:52 02.02.2022
2666
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) daha bir vitse-prezidentinin adına aydınlıq gəlib.

AZXEBER.COM-un məlumatına görə, bu, Robert Eyyubovdur.

R.Eyyubov ötən ilin dekabrın 8-də, İcraiyyə Komitəsinin növbədənkənar iclasında federasiyanın vitse-prezidenti seçilib.

Məlumatı AzVİF-in mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, AzVİF-in 3 vitse-prezidenti var. Birinci vitse-prezident iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov,  ikinci isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyevdir.
 
//fanat.az
OXŞAR XƏBƏRLƏR