Robert Prosineçki: Öz komandama gözəl oyuna görə təbrik edirəm

Robert Prosineçki: Öz komandama gözəl oyuna görə təbrik edirəm
İDMAN
00:39 11.10.2015
1626
“Öz komandamı gözəl oyuna görə təbrik edirəm. Əlindən gələni etdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün İtaliya millisini qəbul edən yığmamız 1:3 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra mətbuat konfransı keçirən millimizin baş məşqçisi Robert Prosineçki bunları deyib:
“Sözsüz ki, rəqib bizim səhvlərdən istifadə edib qolları vurdu. Amma mən komandamdan razı qaldım. Yaxşı oyun nümayiş etdirdilər. Öz komandamı gözəl oyuna, italyanları isə qələbəyə görə təbrik edirəm. Onlar əbəs yerə qrupumuzun lideri deyillər”.
- Birinci hissədə gözəl mübarizə ilə yadda qaldıq. Fasilədə hansı tapşırıqları verdiz və ikinci hissədə nə alınmadı?
- Birinci hissədə 2 səhvə yol verdik, rəqib bundan istifadə etdi. İkinci qol daha pis səhv idi. Ondan sonra oyunda dönüş etmək çətin oldu. Fasilədə dedim ki, ruhdan düşməyin. İkinci hissədə də gözəl mübarizəni davam etdirməliyik. Amma İtaliya kimi yığmaya qarşı oynamaq çətindi. Mübarizə aparmaq lazım idi və mənə elə gəlir ki, 90 dəqiqə ərzində mənim komandam bunu bacardı.
- Ruslan Qurbanov hücumda “dişsiz” təsir bağışladı. Olmazdımı ki, onu tez əvəzləyərdiz?
- Siz bəlkə haqlısız, bəlkə yox. Ruslanın “dişsiz” təsir bağışladığını deməzdim. Hücumda aktiv idi. Nazarovun qolunda da onun rolu oldu. İtaliya yığmasının oyunçularının hansı klublarda oynadığını bilirsiz. Tuğrul Erat da gənc oyunçudu. Son vaxtlar gənclər yığmasında oynayırdı. Mən ona şans vermək istəyirdim. Bizi 2 gündən sonra çətin oyun gözləyir. Artıq bütün fikrimiz Bolqarıstanla səfərdə keçirəcəyimiz görüşlə bağlıdı. Bizdə sırf hücumçu yoxdu. Məcbur olub Ruslanı həmin mövqedə oynatdım.
- Rəşad Sadıqovun yığma karyerasını bitirmək variantı ilə bağlı fikriniz necədi?
- Rəşadın sözləini təsdiq edə bilərəm. Mən hər bir futbolçu ilə fərdi söhbət edirəm. Bəli, mən ona demişəm ki, Bolqarıstanla oyunu gözləsin. Bundan sonra sıöhbət edəcəyik. Növbəti seçmə mərhələyə kimi vaxt var. Qərarı özü verməlidi. Motivasiyası necədi, bu səviyyədə oynaya biləcəkmi, özü müəyyənləşdirməlidi.
- Rəşad milli karyerasını bitirsə, onun əvəzində kimi oynadacaqsız? Namizədiniz varmı?
- Təbii ki, namizəd var. Rəşad yığma karyerasını bitirməli olsa, alternativ variantlar axtarmalı olacağıq. Ruslan Abışov artıq “Qəbələ”də daim oynamağa başlayıb. Biz bilirik ki, uzun müddət “Xəzər Lənkəran”da hansı səbəbdən oynamırdı. Bu gün Azərbaycanda belə güclü komandalara qarşı oynaya biləcək səviyyədə 3 mərkəz müdafiəçisi var. Onların adlarını siz də bilirsiz: Rəşad Sadıqov, Bədavi Hüseynov və Ruslan Abışov.
- Bədavi Hüseynov bu oyunda qırmızı vərəqə aldı. Bolqarıstanla matçda müdafiənin mərkəzində Ruslan Abışov oynayacaq?
- Bəli, Bolqarıstana qarşı Ruslan oynayacaq. Çünki rəqabətdədi, hazırda oynamağa. Amma gözləməliyəm. Gərək baxım ki, oyunçuların vəziyyəti necədi. Amma bu günə cavabım odu ki, Bolqarıstanla görüşdə müdafiənin mərkəzində Ruslan Abışov oynayacaq.
- Bolqarıstan yığmasının baş məşqçisi deyib ki, Azərbaycanla oyunda cavan oyunçulara şans verəcək. Sizin də belə bir fikriniz varmı? Bir də 21 yaşadək futbolçulardan ibarət yığmamızın Avstriyaya böyükhesablı məğlubiyyəti haqda nə deyə bilərsiz?- Birinci sualın cavabı odu ki, gənc oyunçular U-21-in düşərgəsində idilər. Bir neçə mövqedə dəyişiklik edəcəm. Bolqarıstana qarşı bəzi mövqelərdə gənc oyunçulara şans verəcəm. Amma mən ora oyunçuları yoxlamağa yox, yaxşı nəticə qazanmağa gedirəm. O ki qaldı U-21-in məğlubiyyətinə, həmin oyuna baxa bilmədim. Əgər bu gün biz 1:3 hesabı ilə uduzmuşuqsa və mən çox məyusamsa, 0:7 hesablı məğlubiyyədən sonra Yaşar Vahabzadənin vəziyyətinin necə olduğunu təsəvvür edirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik