"Real Madrid"in əfsanəvi futbolçularından olan Roberto Karlos 15 illik həyat yoldaşı Mariana Lukon ilə boşanacaq.
AZXEBER.COM xarici mətbuata istinadn xəbər verir ki, 51 yaşlı keçmiş futbolçunun boşanma prosesi zamanı "Real Madrid"in kampına köçdüyü bildirilib.
İspan mətbuatında yer alan xəbərlərdə Roberto Karlosun "Real Madrid"in kampında qaldığı və onun 160 milyon dollarlıq sərvətinə görə boşanma prosesinin çətinləşə biləcəyi qeyd edilib.
Qeyd edək ki, əfsanəvi braziliyalı futbolçunun Mariana Lukon ilə evliliyindən iki övladı var.
Gülay