"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter" baş məşqçisini dəyişib.AZXEBER.COM-un məlumatına görə,Milan klubu Valter Matsarri ilə yollarını ayırıb.Artıq "İnter"in yeni baş məşqçisi də müəyyənləşib. "Qarabağ"ın rəqibini bundan sonra Roberto Mançini çalışdıracaq.Son iş yeri "Qalatasaray" olan Mançini 2004-2008-ci illərdə də "İnter"in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında ardıcıl 3 dəfə İtaliya çempionluğunu, 2 dəfə ölkə kubokunu və 2 dəf Super Kubokunu qazanıb. 49 yaşlı italyan mütəxəssis "İnter" və "Qalatasaray"dan başqa İtaliyanın "Fiorentina", "Latsio" və İngiltərənin "Mançester Siti" klublarını çalışdırıb. Bir neçə gün əvvəl Mançinin AFFA-dan təklif aldığı, amma qəbul etmədiyi barədə xəbərlər yayılmışdı.