İtaliya təmsilçisi "Roma" "Empoli"nin gürcüstanlı mərkəz müdafiəçisi Saba Qoqliçidzeni heyətinə qatmağa yaxındır.
Bu barədə 20 yaşlı oyunçunun agenti xəbər verib.
O, "canavarlar"la müqavilənin şərtlərində razılaşdıqlarını söyləyib.
Qeyd edək ki, S.Qoqliçidze cari mövsüm A Seriyasında 20 oyun keçirib.