Roma Papası uşaq əvəzinə ev heyvanlarının saxlanılmasını qınadı

Roma Papası uşaq əvəzinə ev heyvanlarının saxlanılmasını qınadı
DÜNYA
15:05 16.05.2023
159
Katolik Kilsəsinin lideri Papa Fransisk ailələrdə uşaq əvəzinə ev heyvanlarının saxlanılmasını qınayıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İtaliya statistika agentliyinin məlumatına görə, ötən il ölkədə 400 mindən az doğum, 700 mindən çox ölüm qeydə alınıb.

Romada keçirilən tədbirdə Papa Fransisk  ötən  il İtaliyada doğulanların ən aşağı həddə çatdığını öyrəndiyini deyib. O bildirib ki,  cəmi 393 min yeni doğuş olub. Bu, böyük bir məsələdir. 

O gələcək üçün narahat olduğunu söyləyərək bildirib ki, doğumlar bir xalqın gələcəyini ölçməyin əsas göstəricisidir. Əgər daha az uşaq doğularsa, bu, gələcəyə inamın azalması deməkdir. Papa bunun iqtisadi, sosial problemlərə səbəb olduğunu, gələcəyə inamı sarsıtdığını da əlavə edib.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR