Roma Papası: 'Vatikanda gey lobbisi var'

DÜNYA
15:07 12.06.2013
1495

Papa: Vatikanda gay lobbisi var Fevral ayında istefaya gedən Roma papası 16. Benediktusun istefa səbəbi bəlli olub. AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bunun səbəbi Vatikan Divanında gey lobbisinin varlığıdır. Məlumat onun xələfi Papa Françesko tərəfindən də təsdiq edilib.

Papa mətbuata belə bir açıqlama verib: "Vatikan Divanında (Curia Romana) həqiqətən müqəddəs insanlar var. Ancaq eyni zamanda bir sui-istifadə axını da var, bu da doğrudur. Orada bir də gey lobbisindən bəhs edilir və o da gerçəkdir. İndi bu mövzuda nə edilə bilər, ona bir baxmaq lazımdır"

Papa "İslahat reallaşdıracaq olan adam mən ola bilmərəm. Bunlar rəhbərlik mövzularıdır, bu mövzuda müvəffəqiyyətli deyiləm" deyərək, bu nöqtədə Kardinallar Məclisinə güvəndiyini vurğulayıb.

OXŞAR XƏBƏRLƏR