Çərşənbə günləri Vatikanın məşhur Müqəddəs Pyotr meydanında ənənəvi qəbul iclasları keçirən Papa Qəzzada baş verən son hadisələrlə bağlı qiymətləndirmələr edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ədalət olmadan sülhün olmayacağını ifadə edən Papa Qəzzada atəşkəsin olmasını istədiyini dilə gətirib:
"Yaxın Şərqdən kədərli xəbərlər gəlməyə davam edir. Qəzza zolağında dərhal atəşkəs üçün mütləq tələbimi bir daha bildirirəm. Humanitar yardım paylayan könüllülərin öldürülməsinə görə də dərin təəssüf hissi keçirirəm. Yorğun və əziyyət çəkən insanların humanitar yardıma ehtiyacı var. Girovları mümkün qədər tez azad etmək çağırışımı təkrar edirəm".
Gülay