Avropa İttifaqının (Aİ) Brüsseldəki rəsmi orqanları Roma Papası Fransiskin (Xorxe Mario Berqolyo) vəfatı ilə əlaqədar bayraqları yarıya qədər endirib.
Bu barədə xarici KİV məlumat yayıb.
Roma Papasının vətəni Argentinada bir həftəlik, İspaniyada isə üç günlük matəm elan edilib. Braziliyada da bir həftəlik matəm elan olunub.
Bundan əlavə, Parisdəki Eyfel qülləsinin işıqları Fransiskin xatirəsinə hörmət əlaməti olaraq bu gün söndürüləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, İtaliyanın Baş naziri Ciorcia Meloni, Fransa, Polşa, İsrail prezidentləri Emmanuel Makron, Ancey Duda, İshak Hersoq, Almaniya kansleri Olaf Şolts və digərləri pontifikin ölümü ilə əlaqədar başsağlığı veriblər.
\report