Romada tarixi bina uçub, azı 4 nəfər xəsarət alıb

Romada tarixi bina uçub, azı 4 nəfər xəsarət alıb
DÜNYA
19:10 03.11.2025
87
İtaliyanın paytaxtı Romada tarixi tikilinin uçması nəticəsində 4 nəfər xəsarət alıb.

İçərisində təmir-bərpa prosesi gedən "Torre dei Conti” binası uçub.

Dağıntılar altında qalan 4 nəfərdən 3-ü xilas edilib.

Xilasetmə zamanı isə binanın digər hissəsi uçub.

Neçə nəfərin xəsarət aldığı hələlik məlum deyil.

Qeyd edək ki, "Torre dei Conti” binası 13-cü əsrdə tikilib və o vaxtkı Papanın ailəsinin iqamətgahı olub.
 
APA
OXŞAR XƏBƏRLƏR