Ronaldinyo Braziliya yığmasının heyətinə çağırıldı
İDMAN
12:37 22.08.2011
2009
Nəhayət, Ronaldinyo arzusuna qovuşub. Manu Menezeş onu Braziliya millisinə qaytarıb.Beşqat dünya çempionlarının çalışdırıcısı məşhur futbolçunun xidmətindən sentyabrın 5-də Londonda keçiriləcək yoldaşlıq matçında yararlanmaq qərarına gəlib. Məlumunuz olsun ki, "Barselona"nın və "Milan"ın keçmiş oyunçusu Argentinada keçirilən Amerika Kubokundan kənarda qalmışdı. Braziliyalılar həmin turnirdəki uğursuzluqdan sonra Ronisiz çıxdığı Almaniya ilə yoldaşlıq matçında da azarkeşlərini məyus etmişdi. Görünür, Menezeş indiki məqamda "Flamenqo"nun liderinin yığmaya da faydalı ola biləcəyi qənaətinə gəlib. Xatırladaq ki, Ronaldinyo bir il əvvəl Cənubi Afrikada təşkil edilən dünya çempionatında da iştirak etməmişdi. O, mundialdan sonra yalnız bir dəfə - ötən ilin noyabrında Argentina ilə təşkil edilən sınaq matçında milliyə cəlb edilmişdi.