"Atletiko Mineyro" klubunun yarımmüdafiəçisi Ronaldinyo avtomobil qəzası keçirib.
Qol.Az-ın məlumatına görə, ulduz futbolçunun idarə etdiyi "Porşe" markalı maşın qarşıdan gələn avtomobillə toqquşub.
Ronaldinyonun durumu ciddi olmadığı halda, 71 yaşlı digərqadın sürücü müəyyən xəsarətlər alıb. Qəza ilə bağlı danışan Ronaldinyo buları deyib:"Allaha şükür ki, ciddi xəsarət almadan qurtulduq. Sürücümlə maşında idik və o çox qorxdu. Amma yenə də yaxşı qurtardıq".
Qeyd edək ki, Ronaldinyonun saatda 120 km sürətlə hərəkət etdiyi bildirilir.