Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo yenidən ölkəsinin yığmasında çıxış edə bilər.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Braziliya millisinin baş məşqçisi Mano Menezes açıqlama verib.
Menezes Ronaldinyonun yenidən Braziliya millisinə çağıracağını istisna etməyib: "Ronaldinyo çox istedadlı futbolçudur və bu tip oyunçular hər zaman xüsusi diqqət gözləyirlər. "Flamenqo"da oynayarkən çox yaxşı formada idi. Lakin sonradan müəyyən eniş yaşadı.Hazırda Ronaldinyo yenidən əvvəlki formasını bərpa edib. Təbii ki, bu məni sevindirməyə bilməz. Onu milliyə çağırıb-çağırmayacağım haqda qərar verməmişəm. Ancaq ola bilsin ki, Ronaldinyonu yenidən milliyə qaytardım".
Qeyd edək ki, Braziliya formasını sonuncu dəfə iyun ayında geyinmişdi.