Ronaldo 5-ci dəfə ata olacaq

Ronaldo 5-ci dəfə ata olacaq
İDMAN
17:43 09.03.2021
611

"Real"ın sabiq futbolçusu Ronaldo 5-ci dəfə ata olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə 44 yaşlı braziliyalı sabiq oyunçunun sevgilisi olan model Selina Loks özünün "İnstaqram" səhifəsində yazıb:

"Bu anı təsvir edəcək bir söz yoxdur. Həyatımda yeni bir mərhələ başlayır. Və bu, böyük məsuliyyətlə əlaqəlidir. Ömrümün 30 ili ərzində həmişə bu anın gələcəyini düşünmüşəm. Budur, içimdəki  böyük xoşbəxtlik!".

Qeyd edək ki, Ronaldo "Valyadolid"in prezidenti və səhmdarıdır.

OXŞAR XƏBƏRLƏR