Ronaldo 500 km-lik velosiped yürüşünə çıxıb

Ronaldo 500 km-lik velosiped yürüşünə çıxıb
İDMAN
19:26 06.06.2022
336
Braziliya millisinin sabiq futbolçusu Ronaldo 500 km-lik velosiped yürüşünə çıxıb.

46 yaşlı keçmiş hücumçu "Valyadolid"in İspaniya La Liqasına yüksəlməsi səbəbindən bu addımı atıb.

2018-ci ildən klub səhmlərinin 51 faizinə sahib olan funksioner açıqlamasında vədinə sadiq qaldığını bildirib: "Qaça bilməyəcəyim üçün bunu velosipedlə edəcəyəm. Fiziki cəhətdən əziyyət çəkəcəyimi bilirəm. Amma mənim üçün unudulmaz təcrübə olacaq".

Qeyd edək ki, Ronaldo 1994 və 2022-ci illərdə Braziliya yığması ilə dünya çempionu olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR