"Real”ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında verdiyi qol ötürmələrinin sayına görə birinci pilləyə yüksəlib.
Dünən ÇL-ın 1/8 final mərhələsinin "Napoli”yə qarşı oyununda (3:1) portuqaliyalı Toni Krossa məhsuldar ötürmə edib. Bununla da Ronaldonun ÇL-də qolla nəticələnən ötürmələrinin sayı 31-ə çatıb. Beləliklə də o indiyədək siyahıda birinci olan "Mançester Yunayted”Li Rayan Giggzi (30) geridə qoyub.
Bu göstəricidə üçüncü yeri "Barselona”lı Lionel Messi (24) tutur. "Arsenal”lı Məsut Özül və "Manşester Yunayted”in oyunçusu Zlatan İbrahimoviç hərəyə 22 qol ötürməsi edib.
///Qol.az