Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo AÇ-2016-nın final oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, hücumçu Fransanın bir az daha şanslı olduğunu hesab edir.
“Fransa yaxşı komandadı. Yaxşı da oynayırlar. Onlar bizdən bir az daha çox favoritdi. Çünki evdə oynayırlar. Bu, bəzən böyük üstünlük yarada bilir. Ancaq bu, finaldı. Hər şey mümkündü. Biz tam hazırıq. Nəzərə alaq ki, hələ ki, bizi məğlub edən olmayıb” – deyə “Real”ın oyunçusu bildirib.
Qeyd edək ki, Portuqaliya – Fransa oyunu iyulun 10-da, saat 23:00-da start götürəcək.