39 yaşlı portuqaliyalı ulduz Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr" forması ilə bütün yarışlarda 35 matçda 36 qol vurub və 12 məhsuldar ötürmə edib.
Futbolçu "Əl-Nəsr" forması ilə Səudiyyə Ərəbistanı Liqasında 24, AFC Çempionlar Liqası və onun seçmə mərhələlərində 9, 2-si də Kral Kuboku olmaqla ümumilikdə 35 oyunda 36 dəfə qol sevinci yaşayıb.
Ronaldo 12 məhsuldar ötürməsi ilə karyerasında ən yüksək performansını davam etdirir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Liqasının 26-cı həftəsində "Əl-Nəsr" səfərdə "Abha"nı 8:0 hesabı ilə məğlub edib. Görüşdə Ronaldo 11, 21 və 42-ci dəqiqələrdə fərqlənərək het-trik edib. 39 yaşlı Kriştiano Ronaldo "Əl-Tai"yə 5:1 hesabı ilə qalib gəldikləri matçda da het-trik edərək, 3 qol vurub.
Beləliklə, Ronaldo 72 saat ərzində ikinci het-trikinə imza atıb. Portuqaliyalı futbolçu bununla da cari mövsümdə üçüncü dəfə het-trik etməyi bacarıb.
///baku.ws