"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.
AZXEBER.COM-un məlumatına görə, "belN Sport"a danışan ulduz futbolçu əzəli rəqibi Lionel Messi ilə birgə oynamağın mümkünlüyündən danışıb:
"Messi hörmət etdiyim möhtəşəm futbolçudur. Ancaq o dostum deyil. Çünki eyni komandada çıxış etmirik. 5 ildir ki, bu haqda çox danışılır. Bu mənim üçün müzakirə mövzusu deyil. Lakin Messi "Real"a gəlsə, onunla birgə oynayaram".