Ronaldo Səudiyyə Ərəbistanında ayın oyunçusu seçildi

İDMAN
19:37 02.04.2024
185
"Əl-Nəsr"ın 39 yaşlı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu seçilib.

Bu barədə Səudiyyə Ərəbistanı Pro Liqasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Liqanın 24-cü turunun "Əl-Əhli" ilə oyununda (0:1) Ronaldo 11 metrlik zərbəni dəqiq yerinə yetirərək qələbə qolunu vurub. 25-ci turun "Əl-Tai" ilə matçında (5:1) ulduz futbolçu het-trik edib.

Xatırladaq ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 34 matçda iştirak edib, 33 qol vurub, 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı futbolçunu 15 milyon avro qiymətləndirir.

OXŞAR XƏBƏRLƏR